Milli Məclisin bu gün keçirilən plenar iclasında "Publik hüquqi şəxslər haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi ləğv olunub.
Eyni zamanda, qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi də ləğv edilib.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB