Spiker: "24 qanun layihəsi Palatanın yaradılması məsələsini əhatə edir"

Spiker: "24 qanun layihəsi Palatanın yaradılması məsələsini əhatə edir"

Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 43 məsələ daxil edilib.

İclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə bəzi dəyişiklik edilib: "Fevralın 3-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında Fərman imzalayıb. 1 paketdə göndərilən 24 qanun layihəsi Palatanın yaradılması məsələsini əhatə edir. Xahiş edirəm ki, qanun layihəsinin müzakirəsində diqqətli olaq. Layihələrin hər biri komitələrdə müzakirə olunub. Qanunlar yüksək səviyyədə hazırlanıb. Öncə bu layihələrin hesabatının verilməsini təklif edirəm. Ondan sonra müzakirələrə başlayaq".

Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələri haqqında məlumat veriblər. Layihələr əsasında müzakirələr başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə