Kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən bir qrup Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan Respublikasına kommersiya məqsədilə gətirdikləri meyvə-tərəvəz məhsullarını Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan hər hansı gömrük rüsumu ödəmədən keçirməyə cəhd göstərib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, idarənin əməkdaşları qanunvericiliyin müvafiq tələbləri barədə ətraflı məlumat verərək onları qanunlara əməl etməyə çağırsalar da, həmin şəxslər əlilliklərindən istifadə edərək müxtəlif təhrikçi hərəkətlərə yol veriblər və asayişi pozmağa çalışıblar. Lakin gömrük orqanı əməkdaşları soyuqqanlı davranaraq onların səsləndirdikləri bütün arqumentləri dinləyib və bir daha müvafiq qanunvericiliyin tələblərini izah ediblər. Nəticədə həmin şəxslərin gətirdikləri mallar müvafiq vergi və rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra rəsmiləşdirilərək sahiblərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB