"Peşə məktəblərinə təşviqat" adlı layihənin növbəti tədbiri keçirilib FOTOLAR

"Peşə məktəblərinə təşviqat" adlı layihənin növbəti tədbiri keçirilib  FOTOLAR

Sumqayıt şəhəri 9 N-li məktəbdə "Peşə məktəblərinə təşviqat" layihəsi çərçivəsində ikinci tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir peşə məktəbinin nümayəndələrinin iştirakı ilə 8 və 9-cu sinif şagirdləri üçün maarifləndirmə məqsədilə həyata keçirilib.

Tədbirdə şagirdlərə nə üçün peşə məktəbini seçməliyik, Peşə məktəbində oxumağın faydaları açıqlanıb. Layihə rəhbəri Vəfa Cəfərova öz çıxışında şagirdlərə bildirib ki, bugün peşə məktəbləri seçimlərinizdən biri olmalıdır. Tədbirdə şagirdlərə peşə məktəblərinin fəaliyyəti, maddi texniki bazası haqqında əyani vəsaitlər göstərilib. Şagirdlərə peşə məktəblərinindəki ixtisasları və Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrini özündə əks etdirən maarifləndirici bukletlər şagirdlərə paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə