I Könüllülük Qış Məktəbi işini başa vurub FOTO

I Könüllülük Qış Məktəbi işini başa vurub FOTO

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" çərçivəsində GDU tələbələrinin I Könüllülük Qış Məktəbi öz işini başa vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya Universitetlərindən, eləcə də Gəncə Humanitar kollecindən ümumilikdə 41 tələbənin iştirak etdiyi "Qış Məktəbi" müxtəlif təlimlərlə yadda qalıb. "Komanda işi, "Fərdi inkişaf", "Liderlik", "Şəxsi effektivlik", "Aktivlik dilemması", "İnkişafologiya" və "Könüllük" kimi mövzuları əhatə edən təlimlər həm qapalı məkan, həm də "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" parkında açıq səmada təşkil olunub. "Qış Məktəbi"nin yekununda bütün iştirakçılara sertifikatlar təqdim olunub, eləcə də "Yay məktəbinin" də təşkil olunması təklif olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə