Sağlamlıq kartı almaq istəyənlərin sayı artıb FOTOLAR

Sağlamlıq kartı almaq istəyənlərin sayı artıb FOTOLAR

Son illər elektron sağlamlıq kartı almaq üçün müraciət edənlərin sayı artıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, regionlarda bu sistemin üstünlüklərindən faydalanmaq istəyənlərin sayı kifayət qədər azdır. Elektron sağlamlıq kartları 1 yaşı tamam olan uşaqlara verilir. Həmin sağlamlıq kartında uşağa anadan olduğu gündən vurulan bütün peyvəndlər, qan qrupu, icbari dispanserizasiyanın nəticələri, uşağın sağlam, yaxud xəstə olması ilə bağlı bütün məlumatlar yerləşdirilir. Bu kartı almaq üçün isə valideyn poliklinikaya müraciət etməlidir. Bəs valideynlər özləri necə? Elektron sağlamlıq kartlarının alınmasında maraqlıdırlarmı? Araşdırmamız göstərdi ki, son vaxtlar bu kartları almaq üçün təşəbbüs göstərənlərin sayı artıb. Amma ümumiyyətlə kartdan xəbərsiz olanlar da var.

"Uşağın elektron sağlamlıq kartını almağa gəlmişik. İndiyə qədər xəbərsizdik. Bilmirdik bu nədir, indi bildik. Üstünə düşdük." "Mənim nəvələrimin elektron sağlamlıq kartı var. Hara getsələr, başqa ölkəyə, yaxud başqa şəhərə özləri ilə götürürlər. Orada onların bütün informasiyaları qeyd edilir" deyə, valideyinlər bildirib. Valideynə uşağın elektron sağlamlıq kartı verilərkən immunizasiya pasportu da təqdim edilir. Həmin pasportda profilaktik peyvənd təqvimi göstərilir. Elə elektron sağlamlıq kartı da pasportdakı ciblikdə saxlanılır. Elektron kartların verilməsinə başlanılan 2006-cı ildən bu günəcən Gəncədə 42716 uşaq dünyaya gəlib. Amma onların arasında elektron sağlamlıq kartı verilən uşaqların sayı cəmi 3000 nəfərdir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə