“Var olsun şairimiz, şeirlərimiz”

“Var olsun şairimiz, şeirlərimiz”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Var olsun şairimiz, şeirlərimiz" layihəsinin növbəti təlimi 3 nömrəli Xarici Dillər təmayüllü Gimnaziyada baş tutub. SİA-nın məlumatına görə, layihə rəhbəri Şəhanə Nəsirova layihənin məqsədi və görülmüş işlər barəsində iştirakçılara ətraflı məlumat verib.

O, layihənin əsas məqsədindən danışaraq layihə rəhbəri qeyd edib ki, yaradıcılıq qabiliyyətinə sahib gənclərin potensialından istifadə edərək müxtəlif sahələrdə maarifləndirmə işini həyata keçirmək və bununla həmin sahələrdə olan çatışmazlıqları aradan qaldırmaqda rol oynamaq olduqca vacib məsələdir.

Daha sonra tədbirdə iştirak edən gənclər şeirə olan maraqlarını şeir söyləməklə ifadə ediblər. Sonda layihə iştirakçıları ilə birlikdə xatirə şəkili çəkildi. Nəzərinizə çatdırmaq istərdik ki, "Var olsun şairimiz, şeirlərimiz" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində etimada layiq görülmüş və maliyyələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə