Ötən il 98 yaşında ölən erməni milyarder, "Linsi" xeyriyyə fondunun yaradıcısı Kerk Kerkoryanın yaxını, hazırda xeyriyyə fondunun işlərini aparan Arut Sasunyan bildirib ki, bu gün milyarderin vəsiyyətnaməsi ətrafında çoxsaylı iddialar səslənməkdədir. SİA xəbər verir ki, o, bu barədə "168.am" saytına açıqlamasında deyib.
Xüsusilə, milyarderin ona məxsus 200 millyon dolların Ermənistan hakimiyyətinə verilməsi barədə heç bir fikri olmadığını deyən Sasunyan qeyd edib ki, bu, sadəcə hakimiyyət strukturlarında fəaliyyət göstərən adamların boş-boş xəyallarıdır: "Bütün iddialar yalandır, Kerkoryanın vəsiyyətnaməsində ümumiyyətlə, "hakimiyyət", "Ermənistan" sözləri ümumiyyətlə olmayıb. Belə iddia ilə çıxış edən adamlar heç onun vəsiyyətnaməsini belə görməyiblər. Ancaq "inanılmış mənbələrə" istinad edib, yalançılıqla məşğul olurlar".
Qeyd edək ki, Ermənistan hakimiyyətinin kuluarlarında tanınmış erməni milyarderi Kerk Kerkoryanın vəsiyyətnaməsində ona məxsus vəsaitin 200 milyon dollarının iqtidara həvalə edilməsi barədə söz-söhbətlər gəzməkdədir. Lakin "Linsi" xeyriyyə fondunun rəsmiləri bu iddiaları rədd edirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB