"Son vaxtlar bəzi sosial şəbəkələrdə yol hərəkəti qaydalarının pozulması zamanı öz qanuni vəzifə fuksialarını yerinə yetirən polis əməkdaşları ilə qanunu kobud sürətdə pozan bəzi vətəndaşlar arasında baş verən xoşagəlməz hallar barədə məlumatlar yayılır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Millət vəkili bildirib ki, polis qanunvericilikdə ona verilmiş səlahiyyətlərinə uyğun olaraq hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir və qanunvericiliyə uyğun olaraq öz vəzifə funksiyasını yerinə yetirən zaman vətəndaşlar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər: "Əgər polis işçisi qanunun tələblərini pozursa onda vətəndaş bu barədə müvafiq qurumlara şikayət edə bilər. Polisə müqavimət göstərmək xəsarət yetirmək, bunlar təmamilə yol verilməzdir. Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə onlara verilmiş səlahiyyətlərə uyğun olaraq hər il vətəndaşlar tərəfindən yol verilən müxtəlif inzibati xətalara görə yüz minlərlə protokol tərtib olunur və demək olar ki, bu zaman polis-vətəndaş münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
Belə məsələlər barədə məlumat verərkən kütəvi informasiya vasitələri çox diqqətli olmalıdırlar. Məsələni tam araşdırmadan hadisələrin qeyri-dəqiq məlumatlara əsasən cəmiyyətə çatdırılması düzgün sayıla bilməz.
Daxili işlər orqanlarında çalışan polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər, nəticəsində Respublikamızda ictimai əsayiş etibarlı surətdə qorunur, ölkəmizdə sabitlik höküm sürür.
Bu sabitliyin qorunub saxlanılması üçün vətəndaşlarımız tərəfindən cəmiyyətimizdə mövcud olan bütün qanunların tələblərinə əməl olunmalı və yol verilən hüquq pozğuntularına ancaq qanunvericilik çərçivəsində baxılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB