Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E. Süleymanova bildirib ki, Ombudsman təsisatı BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları ilə əməkdaşlıq əlaqələrini qarşılıqlı anlaşma şəraitində davam etdirir.
Ombudsman 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini qonağın diqqətinə çatdırıb. V. Şkolnikov isə Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB