Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 metr uzunluğunda, 12,5 metr enində yeni yol hissəsi salınıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, geri dönmə üçün nəzərdə tutulmuş yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 metr dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6450 m2 sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 metr enində çiyinlər də tikilib.
Daha sonra 4750 m2 sahəyə 2 qat olmaqla ( 12 sm + 6 sm ) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 metr enində genişləndirilib və yol ayrıcında 2200 m2 sahədə ( 800 m2 + 1400 m2 ) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2200 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, kənarlarına 400 p/m yeni səki daşları düzülüb.
"Azəryolservis" ASC-nin rəhbərliyinin daima nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılmış tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər, hərəkətin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB