Qorbaçovun 85 yaşı tamam olur: "Cəhənnəmdə yan! Əclaf!"
"Yenidən qırma"nın banisi

"Cəhənnəmdə yan! Əclaf". Məhz bu sözlərlə sosial şəbəkə istifadəçiləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun 85 illik yubileyini təbrik ediblər.

Rusiyalı hərbi analitik İqor Korotçenkonun öz şəxsi "facebok" səhifəsində Mixail Qorbaçovun 85 illiyinə həsr edilmiş statusunun altında mənfi şərhlər üstünlük təşkil edib. İstifadəçi şərhlərində siyasətçiyə açıq nifrət hissi sərgilənib, ona ölüm arzulanıb.

Bütün bu yazılan şərhləri gördükdə bir daha əmin olmaq olar ki, sabiq prezidentdə nəinki Azərbaycanda, postsovet ölkərində, eləcə də Rusiyanın özündə də sonsuz nifrət hissi var.

Nə qədər qəribə səslənsə də qanlı hadisələrin səbəbkarı Nobel sülh mükafatına layiq görülən Qorbaçovu rusların yalnız on nəfərdən biri sevir. 2011-ci ildə Rusiyada keçirilən sorğu nəticəsində məlum olub ki, ölkə əhalisinin 47 faizi Mixail Qorbaçova "etinasız" yanaşır, 20 faizi ona nifrət edir, yalnız 10 faiz "hörmət"lə yanaşır. Respondentlərin 3/4-ü həmin dövrün hər hansı bir "nailiyyətlərini" xatırlaya bilməyib, onların 1/3-i Qorbaçovun təxribatı nəticəsində SSRİ-nin dağılmasına təəssüfləndiyini dilə gətirib.

Azərbaycan xalqının yaddaşında ən ağrılı-acılı hadisələrlə qalan bu siyasətçi yalnız nifrət hissi ilə xatırlanır. Bu "şəxsiyyətin" 1987-ci ildə erməni akademik Aqabekyanla sövdələşməsindən sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi məsələsi ilə də yaddaşlarda öz mənfi izini qoymağı bacarıb.

Məhz Qorbaçovun göstərişi ilə 1990-cı ildə Bakının küçə və meydanlarında öz azadlığını tələb edən sadə azərbaycanlılara qarşı Sovetin hərbi maşını işə düşərək zərbə əməliyyatı hazırlanıb. Daha sonra 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs olunanlar və onlarla insanın itkin düşməsi ilə nəticələnən bütün bu yaşananları xalqımız unutmur və baiskarı nifrətlə anır.

Bütün xəbərlər Facebook səhifəmizdə