Yanğın zamanı iki nəfər tüstüdən zəhərləndi

Yanğın zamanı iki nəfər tüstüdən zəhərləndi

Axşam saatlarında Tovuz rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib. SİA xəbər verir ki, Aybəniz Dəmirovaya məxsus mənzildə qeydə alınan yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənərək Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə