"Azərbaycan Respublikasının fövqəladə hallar atlası" nəşr ediləcək SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Yer kürəsində vaxtaşırı olaraq təbii fəlakətlərin baş verməsi, həmçinin insan fəaliyyətinin artması təbii və texnogen xarakterli fövqəladə halların intensivləşməsi ilə nəticələnir.
Son iyirmi ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.
Bu baxımdan "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
1. "Azərbaycan Respublikasının fövqəladə hallar atlası" nəşr edilsin.
2. "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:
Redaksiya heyətinin sədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.
Redaksiya heyəti sədrinin müavinləri:
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Məsul katib
Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
Redaksiya heyətinin üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru
İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru
Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru
Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



