Yaz tarla işlərinin başlanması ilə əlaqədar olaraq Aqrolizinq ASC-nın Şəmkir regional nümayəndəliyinə müraciət edən fermerlərin sayı artıb. Mövsümə uyğun olaraq qurumda təsərrüfatlara gübrələrin verilməsi və texnikaların sifarişləri götürülür
Strateji məhsul sayılan buğda, arpa və digər dənli bitkilərin məhsuldarlığını artırmaq, eləcə də normal inkişafını təmin etmək üçün Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyində tədbirlər planı hazırlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəydən olan fermerlərə xidmət göstərən nümayəndəlik balansında olan müxtəlif təyinatlı 329 texnikanı işlək vəziyyətə gətirib. Bundan başqa qurumun anbarlarına yığılan 4 adda 5600 ton mineral gübrənin güzəştlik şərtlərlə fermer təsərrüfatlarına satışı da həyata keçirilir. Son illər fermer təsərrüfatlarının lizinq yolu ilə müxtəlif adda texnikalar alması Aqroservisə edilən müraciətlərin sayını azaltmayıb. Aqroservis xidmətləri əvvəlcədən fermerlərlə bağlanan müqavilələr əsasında həyata keçirilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB