Bədəndəki yağları əridən QİDALAR (FOTOLAR)

Bədəndəki yağları əridən QİDALAR (FOTOLAR)

Bir çox insanlar qaçmaqla 300 kalori itirirsə, digərləri bundan az itirir. Qaçarkən metabolizma sürətlə çalışmağa başlayır. Əgər siqaret çəkib, spirtli içki qəbul edirsinizsə, o zaman bu sürət aşağı düşür. Belə olan halda nə etmək lazımdır? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssislər gün ərzində ən azı yarım saat yürüş etməklə, aşağıdakı qidaları qəbul etməyi tövsiyə edirlər.

Sirkə qəbulu artıq kilolardan azad olmaq üçün əhəmiyyətli üsul hesab olunur. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s) "Sirkə nə gözəl qidadır! Sirkəsi olan ev qidadan məhrum sayılmaz"- deyə, buyurub.

Pəhrizlə birgə qəbul edəcəyiniz qidalar mütəxəssis nəzarəti altında olmalıdır.

Kilo atmaqda yardımçı olan ən sadə üsullardan biri yaşıl çay qəbuludur. Yaşıl çay tərkibində olan maddələr metabolizmi gücləndirir və qaraciyər piylənməsinin qarşısını alır. Yaşıl çayın faydasını görmək üçün ondan davamlı şəkildə istifadə etməniz məsləhətlidir.

Amerika jurnallarının birində yazılanlara görə, axşam yeməyində ağ düyü yerinə, bir qab arpa qəbul etmək, qarın və bel nahiyəsindəki piylərin əriməsində mühüm əhəmiyyətə malikdir.

Sarısı qədər ağı da faydalı olan yumurta da artıq çəkidən azad olmaq üçün önəmli qidalardan sayılır. Yumurta zülalla zəngindir. Orqanizm zülalın parçlanması üçün yüksək enerji itirir. Bu da kilo atmağa yardımçı olur.

Yağsız qatıq və pendir, yumurta kimi insanı tox saxlayan qidalardan sayılır. Lakin bu qidaların üstünlüyü həm də kalsiumla zəngin olmalarıdır. Kalsium orqanizm üçün faydalı vitaminlərdən biridir. Qatıq və pendirdən daimi istifadə etməklə bədən yağlarından azad ola bilərsiniz.

Artıq çəkidən əziyyət çəkənlərə Somon balığından istifadə etmək məsləhət görülür. Somon balığının tərkibindəki omeganın insanın tox tutmaqla yanaşı, orqanizmdəki zərəli yağların azalmasına xidmət edir. Həftədə ən 2 dəfə Somon, ton balığı və digər balıq növlərindən yemək tövsiyə olunur.

İlin bütün fəsillərində mövcud olan meyvələrdən sayılan almanı süfrənizdən əksik etməyin. Araşdırmalara görə, çox alma yeyən insanlar daha az çəkili olur.

Almanın bütün özəlliklərini özündə cəmləyən yaşıl bibərdə C vitamini var. Artıq çəkili xanımlara dolmalıq bibərdən çox istifadə etmək məsləhət görülür.

Arıqlamaq üçün faydalı olan qidalar sırasına kətan toxumu da əlavə edilir. Kətan toxumu az yağlı olduğu üçün ondan mütəmadi şəkildə istifadə etmək tövsiyə olunur. Kətan toxumunu qatıqla yemək daha əhəmiyyətli hesab olunur. Səhər yeməyində qatığa, axşam yeməyində isə salatlarınıza 1 qaşıq kətan toxumu əlavə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə