Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəki rayon nümayəndəsi Bəkir Xəlilovun təşəbbüsü ilə Şəki şəhəri N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə "Azərbaycan multikulturalizmi sözdə və əməldə" mövzusunda dəyirmi masa keçirilib. Bilik Fondundan SİA-ya verilən məlumata görə, dəyirmi masada Şəki rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Rayon gənclər və idman təşkilatının, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Şəki rayon nümayəndəliyinin əməkdaşları, rayon məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Dəyirmi masada Azərbaycan multikulturalizminin özünə məxsusluğu, həyat tərzinə və dövlət siyasətinə çevrilməsi, ölkəmizdə tolerantlığın yüksək səviyyədə təzahürü və dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı barədə müxtəlif məruzə və çıxışlar dinlənilib.
Bilik Fondunun Ölkə daxili layihələr sektorunun baş mütəxəssisi Vidadi Rzayev tədbir iştirakçılarına Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verib.
Dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin baş redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını təqdim edən V.Rzayev yerli ziyalıları maraqlandıran sualları cavablandırıb.
Dəyirmi masa Şəki məktəblilərinin hazırladıqları musiqili proqramla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB