Gəncədə ictimai nəqliyyatın istismarı qaydalarını pozan və qanunlara məhəl qoymayan sürücülərə qarşı reyd keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə ümumilikdə 6 məhdud məsuliyyətli cəmiyyət sərnişindaşıma fəaliyyəti göstərir. Gün ərzində 350-ə yaxın ictimai nəqliyyat vasitəsi şəhərdaxili sərnişinlərin daşınmasını həyata keçirir. Tətbiq olunan qaydalara əsasən hər bir nəqliyyat vasitəsi hər gün reysə çıxmadan öncə təmizlənməli və saz vəziyyətdə olması yoxlanılmalıdır. Sürücülər isə bir qayda olaraq vahid geyim formasında işə çıxmalıdırlar. Lakin tətbiq olunan qaydalara demək olar ki nə şirkətlər nə də sürücülər əməl edir. Bu kimi halların qarşısının alınması üçün adiyyatı qurumlar sərt addımlar atacaq. Sahibkarlardan tələb olunan əsas məsələlərdən biridə maye qazla işləyən Qazel markalı avtomaşınların xətlərə buraxılmaması və onların yeni orta tutumlu mikroavtobuslarla əvəzlənməsidir. Dövlət Avtomobil Nəzarəti Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən ötən il qaydalara əməl etməyən 180 sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB