Samuxun kəndlərində yerləşən qəzalı vəziyyətdə fəaliyyət göstərən mədəniyyət ocaqları ləğv edilib, bəzilərinin isə profili dəyişdirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonunun kənd və qəsəbələrində 10 mədəniyyət evi və 8 klubun fəaliyyəti dayandırılıb. Aparılan islahatlardan sonra 1 mədəniyyət evinin profili dəyişdirilərək kluba çevrilib. Kənd kitabxanalarına gəlincə onların da sayı 32-dən 25-ə endirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki islahatların aparılmasına baxmayaraq heç bir əməkdaş işsiz qalmayıb. Bununla paralel Samuxda mövcud mədəniyyət ocaqlarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər də sürətləndirilib. Rayon mərkəzində və kəndlərdə kitabxanalar üçün yeni binalar inşa olunub. Dövlət proqramına uyğun olaraq yaxın vaxtlarda rayonda 2 uşaq musiqi məktəbi və mərkəzi kitabxana üçün yeni inzibati binanın tikintisinə də başlanacaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB