Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri dosent Firuzə Sultanzadənin rəhbərliyi altında AMEA-nın Botanika İnstutunda olublar. SİA-nın verdiyi xəbərə görə, tələbələrlə görüş zamanı Botanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə tələbələrdə botanika elminə maraq yaratmaq məqasədilə uzun illik tarixə malik Botanika İnstitutunda botanikanın klassik və müasir istiqamətlərində aparılan elmi-tədqiqati şləri, innovative inkişaf perspektivlərini yaradan beynəlxal qəlaqələr haqqında sohbət aparıb və onlara gələcəkdə ixtisasları üzrə mövcud imkanlardan yararlanmaları üçün müəyyən məsləhətlər verib.
Tələbələr elmi biliklərini təkmilləşdirmək məqsədilə İnstitutun mütəxəssislərinin müşayiətilə Botanika muzeyi, zəngin Herbarikolleksiyası və laboratoriyalardakı müasir avadanlıqlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB