Martın 1-də xalq təqvimi ilə boz ayın çərşənbələrindən ikincisi sayılan Od çərşənbəsi Lənkəranda da böyük coşqu ilə qeyd edildi. SİA-nın cənub bürosunun məlumatına görə, həmin gün şəhərin Dəmiryolu vağzalı ərazisindəki meydanda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun tonqal qalanıb, Keçəlin, Kosanın və Bahar Qızının ifasında şən, məzəli səhnəciklər göstərilib, rayonun incəsənət ustalarının ifa etdikləri mərasim nəğmələri və xalq mahnıları tədbirə xüsusi təravət gətirib, aktyorların ifasında Novruz adətlərinə aid müxtəlif səhnəciklər nümayiş etdirilib.
.jpg)
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş edib.
Sərraf Mirsəfəroğlu
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB