Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 11-də Siyəzən şəhərində yerləşən heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB