Bakı Ali Neft Məktəbi (BANM) Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilən Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti çərçivəsində təşkil olunmuş sərgidə ayrıca stendlə təmsil olunub. Ali Məktəbdən SİA-ya verilən məlumata görə, sərgidə BANM-la yanaşı, Azərbaycanın bir sıra ali təhsil müəssisələri də iştirak ediblər.
Türkiyə, İtaliya, ABŞ, Qazaxıstan və Almaniyanın ali təhsil müəssisələrinin, o cümlədən Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının stendlərinin də nümayiş olunduğu sərgidə BANM haqqında geniş məlumatlar, nəşrlər göstərilib.
Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB