8 nəfər işsizə müavinət təyin edilib

8 nəfər işsizə müavinət təyin edilib

Bu il Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən 8 nəfərə işsiz statusu verilib və onlara müavinət təyin edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mərkəzdə boş iş yerləri var ki, müraciət edən işsiz vətəndaşların həmin idarələrdə işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. Ötən il Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 293 nəfəri müvafiq işlə təmin olunub və 12 nəfərə işsiz statusu təyin edilərək müavinət verilib. Mərkəzdə həmçinin rayon üzrə istər dövlət istərsə də özəl təşkilatlardan 60 boş iş yeri var. Məşğulluq Mərkəzinə cari ildə boş iş yerlərinin sayı ilə bağlı məlumat verməyən 3 idarə və müəssisəyə qanuna uyğun olaraq cərimələr tətbiq edilib. Hazırda Göygöl rayon Məşğulluq Mərkəzində 1000 nəfərdən artıq iş axtaran qeydiyyatdadır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə