“Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir”

“Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir”

Bu gün Nizami rayon 12 nömrəli tam orta məktəbdə Prezident yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi olmuş "Düzgün qidalanmaq gənclərin sağlam həyatının əsas elementidir" adlı layihəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə rəhbəri Arzu Qasımova Gənclər Fondu və layihə haqqında gənclərə ümumi məlumat verib. Layihə rəhbəri Arzu Qasımova gənclərə hər zaman sağlam olmaq üçün sağlam qidalanmağın əhəmiyyətindən danışıb: "Hər kəs sağlam və gənc qalmaq istər. Həyat boyu sağlamlığın isə ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma beşikdən məzara qədər insanın həyatına təsir edər. Sağlam qidalanmanın mənası kafi və balanslı qidalanmaqdır".

Gənclər onları maraqlandıran suallara cavab tapıb.

Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə