Osman Gündüz: "Kibercinayətkarlığa qarşı mübarizə yetərli deyil" AÇIQLAMA

Osman Gündüz: "Kibercinayətkarlığa qarşı mübarizə yetərli deyil" AÇIQLAMA

"Kibercinayətkarlıq, kiber mühütdə baş verən qanuna zidd hərəkətlər, beynəlxalq normaların pozulması və s. beynəlxalq mahiyyətli cinayətlərdir. İnternet mühüt qlobal olduğuna görə istənilən cinayəti digər bir ölkənin ərazisində yeləşən texnoloji resurslardan istifadə edərək həyata keçirmək mümkündür". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, Türkiyədə kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı regional mahiyyətli hər hansı bir qurumun, strukturun yaradılması təqdir olunan haldır: "Kibercinayətkarlıqla bağlı regional olaraq hansısa bir koordinasiyaedici addımlar atılmalıdır. Bu haqda Avropada bir konvensiya var, ancaq o qədər yetərli deyil. Onun effekti yoxdur. Regional zəmində belə qurumların yaranması önəmlidir. Azərbaycanın da bu qurumlarda iştirakı faydalı olar. Ölkəmiz kibercinayətkarlığa qarşı mübarizə haqda konvensiyaya qoşulub. Azərbaycanın bununla bağlı beynəlxalq strukturlarda üzvlüyü var. Mənimlə yanaşı, dövlət qurumlarından da bu cür beynəlxalq tədbirlərdə iştirak edirlər".

O.Gündüzün sözlərinə görə, baş verən hadisələr və cinayətlər göstərir ki, son dövlər belə cinyətlər genişlənir və spesifikası dəyişir: "Yeni təhdidlər meydna gəlir. Bunların qarşısının alıması üçün əlavə addımlar atılmalıdır. Azərbaycanda indiyədək kibercinayətkarlığa qarşı mübarizə sahəsində atılan addımları yetərli hesab etmək olmaz. Hesab edirəm ki, resurslar gücləndirilməli, regionlarda yaranan bu cür strukturlara inteqrasiya olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə