Almaniyadakı tələbələrimiz “Xocalıya ədalət” kampaniyasına dəstək veriblər
Almaniyanın Würzburg universitetinin azərbaycanlı tələbələri "Xocalıya ədalət" kampaniyasına dəstək olmaq üçün şəhərin mərkəzində Azərbaycan bayrağı və üzərlərində "Justice for Khodjaly" yazısı ilə dolaşaraq maraqlananlara Xocalı soyqırımı haqqında məlumat veriblər. SİA xəbər verir ki, bu barədə Almaniyada təhsil alan azərbaycanlı tələbə Yavər Məmmədova məlumat verib.
O bildirib ki, hər il olduğu kimi bu il də Leyla xanım Əliyevanın"Xocalıya ədalət" kampaniyasına dəstək vermək məqsədilə belə bir aksiya keçiriblər: "Bu işdə mənə Nəriman Fərəcov dəstək oldu. Biz əlimizdə olan yeganə alman dilində Xocalı soyqırımı ilə bağlı kitabı ordakı kitabxanaya verdik ki, maraqlananlar mənbə tapa bilsinlər. Kaş ki daha çox insanlara səsimizi duyura bilsək".

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB