2 mindən çox müxtəlif növ ağac əkilib

2 mindən çox müxtəlif növ ağac əkilib

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Goranboy rayonundan keçən 3 km hissəsində yol kənarlarının yaşıllaşdırlmasına başlanılıb. 10 gündür davam edən aksiya zamanı əraziyə ümumilikdə 2 mindən çox müxtəlif növ ağac əkilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "Azəryolservis"in 10 saylı Yol Yaşıllaşdırma Cəmiyyəti tərəfindən bu günədək yolun kənarları məişət tullantılarından təmizlənilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Yaz ağacəkmə kampaniyasına uyğun olaraq bu gün iqlim relyefinə uyğun olan 200-ə yaxın Eldar şamı ağacı əkilib. 400 km magistral yolun kənarındakı yaşıllığa xidmət edən idarə ətraf mühitin qorunması üçün əhalini də diqqətli olmağa çağırır. Yol kənarlarına əkilən yaşıllığın suvarılması da idarə işçiləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, mart ayının sonuna kimi 10 saylı Yol Yaşıllaşdırma Cəmiyyəti tərəfindən xidməti ərazilərin yol kənarlarına 10 minə yaxın müxtəlif növ ağac əkilməsi planlaşıdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə