Bu günlərdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində anım tədbiri çərçivəsində Avstraliyada da bu faciə ilə əlaqədar tədbirlər keçirilir. SİA-nın məlumatına görə, fevralın 26-da Avstraliya Federal Parlamentinin üzvü, ölkəmizlə parlamentlərarası dostluq qrupunun rəhbəri Lyuk Simpkinsin təşkilatçılığı ilə Qərbi Avstraliya Parlamentində faciənin 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilib.
Tədbirə Azərbaycan tərəfindən Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstraliya Parlamentinin üzvləri, Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar.
Mərasim iştirakçılarına faciə haqqında ətraflı məlumat verilmiş, onlara soyqırımı faktını özündə əks etdirən materiallar və dünya mətbuatında dərc olunmuş məqalələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB