Bu gün Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Avstraliyanın Sidney şəhərində məlumatlandırma aksiyası keçirilib. SİA-ya verilən məlumata görə, aksiya Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Sidney şəhərinin mərkəzində "Martin Place" qurulmuş stendlərdə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər paylanıb, faciə barədə məlumat verilib və onların sualları cavablandırılıb.
Məlumat broşürunu alanlar arasında 1996-2007-ci illər ərzində Avstraliyanın baş naziri olmuş Con Hovard (John Howard) da olub. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmaməddin Qasımov keçmiş baş nazirə faciə barədə ətraflı məlumat verib.
Tədbirdə Avstraliyada təhsil alan Azərbaycanlı tələbələr, yerli azərbaycanlı və türk icmasının üzviləri və səfirliyin əməkdaşları iştirak edib.
Fevralın 27-də ölkənin ən böyük məscidi olan Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulub.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB