26 fevral 2016-cı il tarixində, saat 11:00-da İstanbulda yerləşən Aydın Universitetinin mərkəzi kampusunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTI), Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Türkiyə Tələbə Konseyinin birgə təşkilatçılığı ilə baş tutub. ATGTI-nin sədri, millət vəkili Şahin İsmayılov tədbirdə iştirak edib.
Xocalı faciəsi və qondarma erməni soyqırımını bütün İslam dünyasının, əsas da, Azərbaycan və Türkiyənin ortaq problemi adlandıran təşkilatçılar 3 gün ərizində bir sıra anım tədbirlərində çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB