AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Xocalıya ədalət" kampaniyası çərçivəsində anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan ərazilərinin işğalı nəticəsində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra anım mərasimini açan AMEA nəzdində RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni - rus hərbi birləşmələrinin və Rusiyanın 366-cı alayının əsgərləri tərəfindən Xocalı şəhərində insanlığa sığışmayan vəhşiliyin törədildiyini qeyd edib. Bu faciə zamanı onlarla insanın vəhşicəsinə qətlə yetirildiyini, əsir götürüldüyünü və 150-dən artıq əsir götürülən insanın taleyindən bu günə qədər də xəbər olmadığını söyləyən baş direktor həmin hadisədən 24 il keçməsinə baxmayaraq bu gün də Xocalıdan çəkilən kadrlara baxanların görüntülərdən həyəcan keçirdiklərini qeyd edib.
Azərbaycan xalqının tarix boyu erməni təcavüzkarları tərəfindən belə soyqırımlara və qətliamlara məruz qaldığını qeyd edən Q. Yetirmişli "Bu gün Azərbaycan dövləti dünyanın Xocalı soyqırımına qiymıt verməsi üçün təbliğat aparır. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində aparılan tanıtım tədbirləri çərçivəsində bir çox ölkələrdə bu soyqırıma qiymət verilib".
Baş direktor Xocalı faciəsinin dünyaya tanıdılmasında elm adamlarının roluna toxunaraq bildirib ki, hər bir elm adamı, alimlər iştirak etdikləri beynəlxalq konfrans və tədbirlərdə Azərbaycan ərazilərinin işğal faktı, Xocalıda və digər ərazilərimizdə törədilən qırğənlar haqqında təbliğat aparmalıdırlar. "Ona görə də biz özümüz də bütün xaricə təqdim etdiyimiz xəritələrdə Dağlıq Qarabağ və onun ətrafında olan işğal olunmu. Azərbaycan ərazilərini qırmızı xətlə qabardırıq". Q.Yetirmişli həmçinin qeyd edib ki, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı nəticəsində AMEA nəzdində RSXM-in Ağdam, Kəlbəcər və Cəbrayıl rayonlarında olan seysmik stansiyaları da ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. "Ona görə də bz həmin ərazilərdə tədqiqat apara bilmirik. Əminik ki, cənab Prezidentin rəhbərliyi ilə bütün işğal olunmuş ərazilərimiz azad olunacaq və biz də orda yeni stansiyalar tikib tədqiqatlarımızı aparacayıq".
RSXM-in seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli Xocalı faciəsi ilə bağlı gənclər arasında təbliğatın aparılmasının zəruriliyini, belə faciələrdən ibrət götürülməli olduğunu qeyd edib. "İnanıram ki, biz öz torpaqlarımızı azad edəcəyik. Bu münaqişə bir gün bitəcək. Azərbaycan xalqı, Azərbaycan gəncliyi hər zaman xalqımıza qarşı törədilən bu qırğınları yadda saxlamalıdır. Ermənilər hər zaman bizim düşmənimiz olub və bu heç vaxt dəyişən deyil".
RSXM-in baş direktorunun müavini Ramiz İskəndərov isə erməni yazıçılarının əsərlərinə diqqət çəkərək Xocalıda törədilən vəhşilikləri onların öz əsərlərində belə təsvir etməkdən çəkinmədiklərini qeyd edib. O, Azərbaycan xalqəna qarşı erməni-rus şovinizminin apardığı təcavüz, törədilən qırğınlar barədə hər zaman gənclər arasında təbliğın gücləndirilməsinin zəruruliyini deyib.
Geologiya-mineralogiya elmlər doktoru, professor Şahin Balakişibəyli isə xarici ölkələrdə soyqırımla bağlı aparılan təbliğata ermənilərin və onların havadarları tərəfindən yaradılan süni maneələr, bununla belə Azərbaycan diasporu və xaricdə təhsil alan gənclərin aktiv şəkildə təbliğatın davam etdirilməsindən bəhs edib.
Anım mərasimində Xocalı soyqırımı və şəhərin müdafiə olunmasında misilsiz xidmətləri olan sona qədər ermənilərlə döyüşən Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş video materiallardan ibarət kadrlar nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB