Elman Mehdiyev: "DSMF-nin 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb" AÇIQLAMA

Elman Mehdiyev: "DSMF-nin 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb" AÇIQLAMA

"Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl aparılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, DSMF-nin kifayət qədər maliyyə dayanıqlığı var: "Bu yaxınlarda parlamentdə DSMF-nin 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb. Həmin dürüstləşmə Azərbaycan Prezidentinin tapşırığa uyğun olaraq özündə kifayət qədər əlavə maliyyə vəsaitinin ayrılmasını ehtiva edir. Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsi, həm də DSMF-nin sosial sığorta gəlirləri hesabına təmin edilir. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir"

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə