Ukraynanın Dnepropetrovsk şəhərində "Menora" biznes-mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr edilən anım gecəsi keçirilib. SİA-nın Azərbaycan- Ukrayna Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, deputatlar, tarixçilər, şəhər meriyası və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan - Ukrayna Gənclər İttifaqının rəhbəri Zəminə Bayramova 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş qətliamdan bəhs edib. O bildirib ki, Xocalı soyqırımı XX əsrdə ən qəddarlıqla törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Təşkilat sədri bu qətliamın soyqırımı aktı kimi tanınmasına nail olmağın qarşıda duran əsas məqsədlərdən biri olduğunu vurğulayıb.
Tədbirdə tarixi həqiqətləri bilməyin vacib olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB