25 fevral 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, TGT-lərlə iş departamenti üzrə katibi Tamerlan Əkbərov, Elm-Təhsil departamenti üzrə katibi Kənan Dadaşzadə, İdman departamenti üzrə katibi Teymur Mustafayev, Kütləvi İnformasiya Vasitələri ilə iş departamenti üzrə katibi Aygün Fətullayeva, Tədbirlərin Təşkili Departamenti üzrə katibləri Cahandar Məmmədov və Asəf Cabbarlı, idarə heyətinin digər üzvləri və rayonun fəal gəncləri iştirak etmişlər.
Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən biri olduğunu söyləyib. O, faciəyə siyasi-hüquqi qiymətin verilməsi, onun bütövlükdə insanlıq əleyhinə cinayət faktının olması, analoji faciələrlə müqayisədə təhlili barədə fikir və mülahizələrini bildirib. Qeyd edib ki, "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir.
L.Muradova Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.
Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin TGT-lərlə iş departamenti üzrə katibi Tamerlan Əkbərov, Tədbirlərin Təşkili Departamenti üzrə katibləri Cahandar Məmmədov və Asəf Cabbarlı, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sdəri İlqar Quliyev və digər natiqlər çıxış edərək bildirmişlər ki, Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən fevralın 26-sı "Xocalı soyqırımı günü" elan olunub və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.
Xocalı soyqırımının tanınması və pislənilməsi istiqamətində görülən işlərdən danışan natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə məlumat veriblər. Qeyd edilib ki, görülən işlər nəticəsində dünyanın 10-dan artıq ölkəsi, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-ın 20 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB