Xocalı soyqırımı gənclərin gözü ilə MÜNASİBƏT

Xocalı soyqırımı gənclərin gözü ilə MÜNASİBƏT

Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar faciələr sırasında Xocalı öz ağlasığmazlığı, insanlığa nifrətin həddi baxımından ön sırada dayanır. Erməni mənfurları tarix boyu xalqımızın çörəyinizdən yeyib, suyundan içsə də imkan düşən kimi arxadan ilk zərbəni də onlar vurub. Özlərini yazıq göstərərək sığındıqları ocaqları da tarimar edən də elə onlar- ermənilər olub. Yaltaq, riyakar, şərəfsiz, soysuz və nəhayət erməni...

XX əsrin sonlarında Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edən ermənilər arxalandıqları güc sayəsində bu istəklərinə qismən də olsa nail oldular. O zaman yenicə müstəqillik qazanmış və ayaqda durmağı bacarmayan, səriştəsiz rəhbərliklə təmsil olunan dövlətimiz buna mane ola bilmədi. Azərbaycan xalqına qarşı dəhşətli faciələr həyata keçirən üzdəniraq qonşularımız Xocalıda bunu xüsusi amansızlıqla reallaşdırıblar.

Azərbaycanın gələcəyi olan gənclərimiz Xocalı soyqırımı barədə kifayət qədər məlumatlıdır və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəaldırlar. SİA-ya münasibətində onlar bu faciəni törədənlərə sonsuz nifrətlərini ifadə ediblər:

Həsən Hüseynzadə, YAP Gənclər Birliyinin fəalı

Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırımı törədildi. Həmin dövrdə müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın vəziyyəti əvvəlcədən düzgün planlaşdırılmamış siyasət, həmçinin 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində xeyli pisləşdi. Yaranmış gərgin şəraitdə dövlətin "nüfuzlu simaları" acizlik nümayiş etdirdilər. Nəticədə isə bir-birinin ardınca rayonlarımız işğal olundu, Xocalı, Qaradağlı kimi faciələrimiz baş verdi. Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi kimi bəyan olunmalıdır.Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırım aktı pislənmişdir.

Murad Cənnətov, YAP Sabunçu rayon təşkilatının əməkdaşı

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə qeyri-şərtsiz çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Bu şərəfli missiyanın başlanğıcını Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva 8 mart, 2008-ci ildən etibarən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürərək qoymuşdur. Biz gənclər də bu ibrətamiz addımı özümüzə nümunə kimi götürərək respublikanın müxtəlif regionlarında, beynəlxalq sferada elmi seminarlar, dəyirmi masalar və s. təşkil etməklə soyqırımın acı nəticələrini, ağır fəsadlarını cəmiyyət üzvlərinə, xarici vətəndaşların, əsasən də, gənclərin nəzərlərinə çatdırmağı özümüzə borc bilirik. Madriddə Tenerife Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film"nominasiyası üzrə qalib gəlmiş, Xocalı soyqırımına həsr olunmuş "Sonsuz dəhliz" filminin təqdimatı artıq son günlər ərzində dünyanın bir neçə ölkəsində (İtaliya, İsveçrə, İsrail və s.) yayımlanmaqdadır. Bununla da, erməni qəsbkarlarının dinc əhalimizə qarşı tarix boyu həyata keçirtdikləri faciələri dünya mətbuatına, ictimaiyyətinə çatdırır və təbliğ edirik. Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasətini dəstəkləyən gənclər ordusu tam əminliklə inanır ki, çoxsaylı şəhidlərimizin qanı yerdə qalmayacaq və erməni təcavüzkarları öz layiqli cavablarını alacaqlar.

Əlibəşir Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin mətbuat katibi

Azərbaycan xalqının tarixində silinməz iz qoyan Xocalı soyqırımı haqqında danışarkən, ilk öncə onu qeyd etmək istəyirəm ki, bunu 20-ci əsrin və habelə gələcək əsrlərin ən ağır və qanlı faciəsi adlandırsam yanılmaram. Tarixə nəzər salsaq görərik ki, ta qədimdən xalqımız dəfələrlə erməni daşnaklarının törətdikləri məşəqqətlərə, burulğanlara, daşqalaqlara səbrlə sinə gərsələr də, müdrikliklə onlara öz yerlərini bildirmişlər. Lakin, Xocalı soyqırımı artıq kulminasiya nöqtəsi idi. Bəli! Bu soyqırım, biz gənclər üçün keçmiş xatirə deyil, hər bir detalları ilə yaddaşımıza, ürəyimizə həkk olmuş canlı bir xatirədir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı yaşadığı günə gələcəkdən baxa bilmək və eyni zamanda indiki günlərdən keçmişə baxmaq qabiliyyətinə malikdir. Bu zəmindən də əminliklə deyə bilərəm ki xalqımız Ulu Öndərin səbri, gücü və müdrikliyi sayəsində vaxtın sınağından şərəflə keçərək yolunda olan maneələri və səddləri yenilməz mətinliklə fəth etmişdir. Bu nöqteyi nəzərdən də beynəlxalq aləmdə Xocalı soyqırımının bir sıra millətlər tərəfindən taninması bunun bariz nümunəsidir. Daxili və xarici siyasətdə dövlətimizin əldə etdiyi nailiyyətlərə əsəslanıb deyə bilərəm ki, nə vaxtsa haqq və ədalət öz yerini tapacaqdır.

Orxan Məmmədov, YAP Gənclər Birliyinin fəalı

24 illik ağrı-acımızın il dönümü gəldi-çatdı. Qara yazımızın qırmızı hərflərə çevriləcəyi günə az qaldı. İlin bir çox ayları Vətənimiz üçün qara hərflərlə yazılıb. "Qanlı Yanvar" dan başlayaraq, "Xocalı faciəsi" , "31 Mart" soyqırımı və Dağlıq Qarabağın rayonlarının bir-bir, faciəli şəkildə əlimizdən alınması yetəri qədər ağır həkk olundu yaddaşımıza... Biz ilin qışından, yazından sevinə bilmədik. Hətta 366 yazısı da bizim üçün ilin günlərinin sayını xatırlatmır. Zehnimizdə dərin iz buraxan, gecəsindən səhərinə uzun qanlı yol keçən, quduzlaşmış erməninin məsum, günahsız, əliyalın insanlara qarşı törətdiyi gecənin qorxulu silahının adıdır 366 ! 1992-ci ilin 26 fevral günü Ermənistan silahlı qüvvələrinin 366 motoalayı dinc Azərbaycan vətəndaşlarına qarşı Xocalıda qətliam törətdilər. 613 Xocalı sakininin öldürülməsi, 1275 nəfərin əsir düşməsi, 150 insanın itkin düşməsi axı nə idi??? Soyqırım... Sözün əsil mənasında erməni daşnakları Azərbaycan xalqının soyunu, kökünü kəsmək istədilər. Öz nifrət hisslərini açıq-aydın bəlli edərək millətin gözünü yaşlı qoydular. O gecə həyatını itirən insanlardan 76-sı uşaq idi. Həyatlarını itirməklə qalmadı insanlar. Hətta cəsədlərinə belə təhqiramiz işgəncələr verildi. Öldürdülər, yandırdılar, dəriləri soyuldu. Və bir çox dilə gətirilməsi çətin olan işgəncə növlərini gördü Dünya! Dünya mətbuatı da biganə qalmadı bu günə. Dövlətimizin səyi nəticəsində 25 ölkə rəsmən tanıdı bu Xocalı faciəsini. Amma hələ də göz yaşlarımız durmayıb, ürəyimizdəki ağrı-acı dinməyib. Onlar bu gün yaşasaydılar, böyüsəydilər bizim kimi bu xalqın bu günü və sabahı olacaqdılar. Bu gün də üzərindən 24 il keçməsinə baxmayaraq onların acısı və əziz xatirəsi ürəyimizdədir. Biz bu faciəni unudulmağa izin verməyəcəyik. Hər bir Azərbaycan vətəndaşı kimi bu faciənin dünyaya çatdırılmasında bizim də rolumuz olmalıdır. Biz gənclər dövlətimizin və dövlət başçımızın yeritdiyi siyasətə həmişə dəstək olub bu yolda səsimizi güvənlə çıxaracağıq.

Pakizə Paşayeva, Bakı Ali Neft məktəbinin YAP Gənclər Birliyinin sədri

Xocalı soyqırımı xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş terror və qətliamlardan biridir. Düzdür, mən bu faciədən sonra dünyaya gələn gənc nəslin nümayəndəsiyəm, lakin ermənilərin bizə qarşı törətdikləri terrorlar haqda məlumatları böyüklərimizdən, həmin anı canlı görüb xatırlayanlardan və elektron vasitələrdən alıb faktları gördükdən sonra hadisələrin canlı şahidi olmadığım təqdirdə məndə ermənilərə qarşı böyük bir nifrət hissi oyanır. Belə insanlıqmı olar? Bunların mənlikləri, şərəfləri, ağılları harada idi? Xalqımıza qarşı törətdikləri cinayələrdən qürur hissi duyan erməni xalqı bu gün o şərəfsiz qatilləri öz gənc nəsillərinə milli qəhrəman kimi nümunə çəkirlər. Hansı "qəhrəmanlar" ki, günahsız qadın və uşaqların göz yaşlarına baxmadan, yalvarışlarına qulaq asmadan qanlarına qəltən etdilər, qoca, yaşlı, cavan demədən Azərbaycan vətəndaşlarının başlarını kəsdilər, diri-diri dərilərini soydular, divara mismarlayıb, ağaca asıb işgəncələr verdilər, diri-diri hamısını bir yerə toplayıb neftlə onları yandırdılar. Bu da azmış kimi bu işgəncələrdən dözməyib yardım çağırışı edən insanların səslərinə qulaq asıb etdikləri işlərdən zövq alırdılar. Biz onlardan fərqli olaraq insani hisslərə sahibik. Bizim milli ordumuz, Azərbaycan ordusu döyüşlərdə körpələri ordunun qarşısına qoyub yalnız özlərini qorumur,onlar körpələrimizi, vətəndaşlarımızı qorumaq üçün onların önündə durub onların müdafiəsi üçün vuruşur. Şərəf, qürur, mənlik onlardan fərqli olaraq bizdə var. Amma bu intaqam almayacağımız mənasına gəlmir. Öz torpaqlarımızı geri almaq uğrunda, şəhidlərimiz uğrunda müharibələrə davam edib şəhidlərimizin qanını yerdə qoymayacaq, torpaqlarımızı isə geri alacayıq. Bunun üçün hər istiqamətdə vuruşuruq və daima da vuruşacayıq. Bu faciəni bütün dünya tanıyacaq və qəbul edəcək. Gerçəkləri rədd etmək, görməzdən gəlmək, yalanlarla onları silmək alınmayacaq. Bunları etməyə çalışdıqları təqdirdə bizi, Azərbaycan xalqını önlərində görəcəklər.

Aytək Məmmədli, YAP GB fəalı

Bu gün bəşəriyyət tarixində ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımından 24 il ötür. 1992-ci ilin fevral ayının 26-da ermənilər tərəfindən vəhşicəsinə törədilmiş Xocalı soyqırımında şəhər əhalisinin 613 nəfəri qətlə yetrilmişdir. Həlak olanların 70 nəfəri qoca, 83 nəfəri uşaq, 106 nəfəri qadın olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. 1275 nəfər girov götürülmüş, girov götürülənlərdən 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Xocalı faciəsi tarixi dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Naqasaki, Sonqmi, Ruanda kimi dəhşətli faciələrdən heç də geri qalmır. Bu amansız və qəddar cinayətin ilk qiymətini Ulu Öndər Heydər Əliyev verdi. Ulu Öndər həmin vaxtlar demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" . 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti İslam Konfransı Gənclər Forumunun millətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. Bu kampaniya çərçivəsində dünyanın bir sıra ölkələrində beynəlxalq təbliğat və məlumatlandırma aksiyaları təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır. Məhz bunun nəticəsidir ki, bu gün artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb. Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Buna görə biz erməni daşnaklarının əsl niyyətlərini və faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə geniş şəkildə çatdırmalı, xarici düşmən qüvvələrin ölkəmizə və xalqımıza qarşı yönələn təxribatlarının qarşısını almaq məqsədlə ölkəmiz daxilində möhkəm birlik yaratmalı, ölkə Prezidenti İlham Əliyev cənablarının ətrafında yumruq kimi birləşərək, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi gücləndirməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Xocalı soyqırımı ilə bağlı demişdir: " Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi –siyasi qiymətini almalıdır". Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutan cinayətkarlar Beynəlxalq Məhkəmə qarşısında cavab verməlidirlər.

Vüsalə Fətullayeva, YAP GB fəalı

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Sərt gəldi fevralın 26-sı,

Al qana qərq oldu bulaqlarda su,

Qəfildən quruldu bir yurdun yası,

Bir kəsə çatmadı səsim Xocalı !

İyirmi altı fevral…o mənfur gecə...O gecə dünyanın ən böyük müsibətlərindən biri yaşandı... İyirmi altı fevral… Xocalı günü, günlərin qarası, günlərin pisi...O gecə Xocalı dəhşət yaşadı...O gecə qaraldı göylərin üzü...O gecə amansız, insafsız yağı qəflət işə saldı ölüm silahını..O gecə heç kimə-qocalara, qadınlara, uşaqlara, hətta südəmər körpələrə belə rəhm edilmədi...Bit gecənin içində şəhərin 613-dən artıq sakininin həyatına son qoyuldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq validenlərindən birini itirdi, 480 nəfər yaralandı, 1275 nəfər əsir , 150 nəfər itkin düşdü...Onların günahı nə idi?! ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi..Bir gecənin içində qədim Xocalı yerlə yeksan edildi... İnsanlara qıymadan güllə atəşinə tutdular. O gecə törədilmiş qanlı faciə Azərbaycan xalqı üçün əsrin faciəsinə çevrildi.

Heç vaxt unutmarıq Xocalım səni,
Bir gün susdurarıq mənfur düşməni

Bütün xəbərlər Facebook səhifəmizdə