Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə ölkənin Berlin, Bilefeld və Köln şəhərlərində təşkil olunan konfrans və anma mərasimlərinə qatılacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Azərbaycan və türk diaspor təşkilatlarının hazırladığı silsilə tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş materiallar nümayiş etdiriləcək, faciənin əsl mahiyyəti tarixi faktlar zəminində şərh olunacaq, Xocalı həqiqətləri bir daha Avropa ictimaiyyətinə çatdırılacaq.
Milli Məclisin nümayəndələri öz çıxışlarında ədalətin bərpası baxımından Xocalı soyqırımının tanınması və qəbul edilməsi zərurətinə diqqət yönəldəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB