Baş nazirin müavini: "Dərmanların ƏDV-dən azad edilməsi barədə təkliflər üzərində iş gedir" AÇIQLAMA
"Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir. Təklif var və bu təklifin üzərində işlənməlidir". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, təklif var, bu təklif diqqətdədir: "Amma nə dərəcədə büdcənin üzərinə yük kimi qoyula biləcək, hələ məlum deyil. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Bu barədə indidən hər hansı qəti fikir söyləmək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB