Xəzər rayonunda Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilib

Xəzər rayonunda Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilib

Xəzər rayonu Mərdəkan Mədəniyyət evində 26 fevral-Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xəzər RİH başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, məktəblilər və 380 nəfər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Mərdəkan Mədəniyyət sarayının foyesində "Xocalı soyqırımı şağirdlərin gözü ilə" mövzusunda rəsm sərgisi nümayiş etdirilib.
Daha sonra Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı Soyqırımının 24-cü ildönümünə həsr olunmuş ədəbi bədii kompozisiya və film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə