Faciənin şahidi olan ukraynalı pilot: "Beynəlxalq məhkəmə keçirilsə, şahid olmağa hazıram"
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ukrayna azərbaycanlıları diasporasının təşkilatçılığı ilə Xocalı soyqırımı dəhşətlərinin canlı şahidi, həmin vaxt Xocalı üzərindən uçuşlar edən pilot Leonid Markoviçlə KİV nümayəndələrinin görüşü olub. SİA xəbər verir ki, həmin anın dəhşətlərini danışan pilot bunun soyqırımı olduğunu söyləyib: "Mənim idarə etdiyim sərnişin vertalyotu Gəncə aeroportundan Ağdam və digər bölgələrə tez-tez uçuşlar edirdi. Fevralın 27-si səhər saatlarında növbəti belə bir uçuş zamanı həmin dəhşətli mənzərənin şahidi olduq. Yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmişdi. Ermənilər yaralıları, sağ qalanları gülləbaran edirdilər. Biz bunu ölkə rəhbərliyinə məruzə etdik. Daha sonra 4 nəfər jurnalist və 2 polis nəfəri ilə oraya uçuş etdim. Çox az vaxt çəkilişlər aparıldı. Mümkün qədər çox qətlə yetirilmiş insanları vertolyota yerləşdirdik. Beynəlxalq məhkəmə olsa, şahid olmağa hazıram".
Görüşdə qeyd edilib ki, soyqırımı həqiqətlərini əks etdirən film sabah təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB