Gənc alimlərə təqaüd proqramları barədə məlumat verildi

Gənc alimlərə təqaüd proqramları barədə məlumat verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının və Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə gənc alim və mütəxəssislər üçün seminar keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, tədbirdə bu qurumun sədri, dosent Famin Salmanov seminarın əhəmiyyətindən danışıb.

DAAD Bakı Məlumat Mərkəzinin ofis rəhbəri Stefaniya Dufaux "Almaniyada tədqiqat" mövzusunda təqdimatda təmsil etdiyi təşkilat, onun missiyası, təqaüd proqramları barədə məlumat verib.

Qeyd edilib ki, DAAD-ın təqaüd proqramları çərçivəsində tələbələr üçün yay dil kursları (Almaniyada bir aylıq dil kursu) təqaüdləri, tələbə və məzunlar üçün bütün ixtisaslar üzrə master təqaüdləri (2-4 semestrlik), iqtisadiyyat üzrə ERP-Master təqaüdləri, doktorantlar və gənc alimlər üçün bir və on aylıq tədqiqat təqaüdü, üç illik tam elmi müdafiə, binational elmi tədqiqat təqaüdü, təcrübəli alimlər üçün isə bir və üç aylıq tədqiqat səfərləri təşkil olunur.

Sonra Almaniya Siegen Universiteti beynəlxalq ofisinin nümayəndəsi Ulriç Eberhart təmsil etdiyi elm-təhsil müəssisəsində təhsil almaq imkanlarından söz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə