Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Azərbaycan tolerantlıq diyarı" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir multikulturalizmə həsr edilmiş filmin nümayişi ilə başlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanlar İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Şəhər Gənclər idarəsinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq -mühafizə orqanlarının rəhbərləri, din xadimləri, dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, Əsrlər boyu bir çox milli azlıqların birgə, mehriban şəkildə yaşadığı Lənkəran rayonunda "Multikulturalizm ili" çərçivəsində bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi uzaqgörənlik nümayiş etdirərək, 2016-cı ili "Multikulturalizm ili" elan edib. Bunun son dərəcə böyük əhəmiyyəti var. Belə ki, bəzi qərb ölkələrində multikultulturalizmin süqutu barədə danışıldığı bir məqamda bu sərəncam yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. O,ölkədə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən İcra başçısı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında Azərbaycançılıq ideologiyasının dayandığını bildirib.
Mövzu ilə bağlı Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva məruzə edib. Bildirilib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu qeyd edən natiq, bununla Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirildiyini qeyd edib.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgə qazısı Hacı Sədi Axundzadə, Rayonda rus icmasının sədri Lidiya Koryaqina, LDU-nun baş müəllimi Kamal Mahmudov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi regional şöbəsinin sədri Qağayı Məmmədov çıxış edərək, Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri elan edib. Azərbaycandakı multikultural mühitin dünya üçün nümunə olduğunu diqqətə çatdırıb.
Konfransa İcra başçısı Taleh Qaraşov yekun vurub.
Konfrans iştirakçılarının sualları cavablandırılıb.
Sərraf Mirsəfəroğlu









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB