Gəncə Dövlət Universitetində Xocalı faciəsinin canlı şahidləri ilə görüş təşkil edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Xocalıda baş verənləri öz gözləri ilə görüb, yaşayanlar tələbələrlə görüşdə ermənilərin həmin gün qocalara, uşaqlara, qadınlara etdikləri vəhşiliyin ümumilikdə insanlığa qarşı törədilən cinayət olduğundan danışıblar. Gənclərin bunu unutmamalı və dünya ictimaiyyətinə çatdırılmalı olduqlarının əhəmiyyətinə toxunublar. Faciəsinin 24-cü il dönümü ilə bağlı təşkil edilən görüşdə 6074 tələbəsi olan Gəncə Dövlət Universitetində 763 nəfərin məcburi köçkün ailələrinin təmsilçiləri, 185 tələbənin isə əslən Xocalılı olduğuna diqqət çəkilib.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB