Ötən gün Mətbuat Şurasının sədri, millət vəkilin Əflatun Amaşov Milli Məclisdə medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlanması üçün kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə bağlı çıxış edib. SİA bununla bağlı media kapitanlarının fikirlərini öyrənib.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Ötən gün Milli məclisdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan media mənsublarının, o cümlədən də rəsmi dövlət qurumlarının ürəyincə olan təkliflə çıxış etdi. Hazırkı dövrdə Azərbaycan mediasının dövlətin dəstəyinə böyük ehtiyacı var. Bu gün media böyük ictimai dövlətçilik missiyası həyata keçirməyə başlayıb. Heç bir dövrdə Azərbaycan mediası dövlətin, ictimai maraqların yanında indiki qədər olmayıb. Bu prosesi yarımçıq saxlamaq olmaz. Medianı maddi ehtiyaclarını ödəmək üçün müxtəlif ziyanlı iş üsullarının, siyasi mərkəzlərin təsiri altına düşməsinə imkan vermək olmaz. KİVDF medianın maliyyələşməsinin yeganə qanuni, səmərəli mexanizmi olduğu üçün ona ayrılan vəsaiti artırmaqla müəyyən problemlərin həllinə təsir etmək olar. KİVDF xətti ilə mediaya ayrılan vəsaitin artırılması zəruridir. Hesab edirəm ki, MŞ sədrinin arqumentli mövqeyi dövlət strukturlarında və şəxsən Prezident İlham Əliyev tərəfindən lazımi addımların atılması üçün əsas olacaq. Əgər təklif nəzərə alınarsa, mətbuatın vəziyyəti xeyli dərəcədə yaxşılaşa bilər. Hər kəs bilir ki, ölkədə baş verən devalvasiyadan sonra qəzet kağızı və çap qiymətləri xeyli dərəcədə qalxıb. Bunu aradan qaldırmaq üçün KİVDF xətti ilə dövlətin mətbuata maliyyə yardımı artırılmasından başqa mexanizmimiz yoxdur".
.jpg)
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: "Sözügedən məsələ bütün media nümayəndələri üçün mühümdür. Milli Məclisdə səslənən təklifi yüksək dəyərləndirir və düşünürəm ki, söylənən fikirlərin tezliklə reallaşacağının şahidi olacağıq. Bilirsiniz ki, qəzetlər KİVDF tərəfindən maliyyələşdirilir və maliyyə vəsaitinin artırılması çap mediasının problemlərinin həllində vasitəçi ola bilər. Problemlər müvəqqəti də olsa həlini tapar".
.jpg)
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Media nümayəndəsi kimi düşünürəm ki, KİVDF-yə ayrılan vəsait artırılmalıdır. Bu vəsait hesabına çap, ənənəvi klassik mətbuatın yaşam imkanları müəyyənləşməlidir. Bundan başqa yeni medianın elementlərindən olan saytların işinin yaxşılaşdırılması, orada keyfiyyətli xəbər istehsalını müəyyənləşdirmək üçün onlara da vəsait ayrılmalıdır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Mətbuat Şurasının sədrinin Milli Məclisdə etdiyi təklif dövlət səviyyəsində, ayrı-ayrı nazirliklər tərəfindən qiymətləndiriləcək və KİVDF-yə ayrılan vəsait artırılacaq. Əgər bu vəsait artırılmazsa, qəzetlər borca düşə, belə vəziyyətdə isə bağlanma təhlükəsi ilə üz-üzə qala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB