Gənclər və sahibkarlar üçün treninqlər keçirilib

Gənclər və sahibkarlar üçün treninqlər keçirilib

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə gənclər üçün, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Biznes planların hazırlanması", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "Kənd təsərrüfatında logistika" mövzularını əhatə edən treninqlərdə biznes ideyanın formalaşdırılması, biznes-planın tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə