47 yaşlı kişi yanğında həlak oldu

47 yaşlı kişi yanğında həlak oldu

Qobuda evdə yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə