Köçürmə zaman 20%-lik yığım tətbiq edilməyəcək

Köçürmə zaman 20%-lik yığım tətbiq edilməyəcək

Milli Məclis bu gün keçirilən plenar iclasında valyutanın ölkə xaricinə çıxarılması üzrə əməliyyatlardan dövlət büdcəsinə 20 faizlik icbari ödənişi nəzərdə tutan "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklərin qəbul edilməsini məqsədəuyğun hesab etməyib. SİA-nın məlumatına görə, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.

"Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə