Fevralın 23-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə növbəti satış-yarmarka təşkil olunub. SİA xəbər verir ki, yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 50 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 25-35 faiz ucuz satılıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və icra hakimiyyətinin məsul işçiləri satış-yarmarkaya gələrək məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.
Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB