2 kəndə ilk dəfə təbii qaz verilib

2 kəndə ilk dəfə təbii qaz verilib

Bu gün Cəlilabad və Neftçala rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 501 abonenti olan Əliqasımlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25705 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 430 abonenti olan kəndin qazlaşdırılması zamanı 34344 metrlik polietilen və metal borulardan istifadə edilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə