Yusif Kərimovun "Sarı gəlin" romanının təqdimatı olub

Yusif Kərimovun "Sarı gəlin" romanının təqdimatı olub

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində - fevralın 23- də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ahıl Jurnalsitlər Məclisinin sədri, yazıçı, publisist Yusif Kərimovun Qarabağ hadisələrindən bəhs edən "Sarı gəlin" romanının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi təşkil edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili əflatun Amaşov Yusif Kərimovun həm insani keyfiyyətlər, həm də peşəkarlıq nöqteyi-nəzərindən örnək insan olduğunu deyib: "Öz bilik və bacarığını, həyat yolunun böyük bir hissəsini jurnalistikaya, publisistikaya həsr edən Yusif Kərimovun bu sahələrdə xidmətləri böyükdür.Yusif Kərimov 20-yə yaxın kitabın müəllifidir. Bu kitabların hər biri oxucularına yüksək təəssüratlar bağışlayıb".

Daha sonra çıxış edən müəllifin peşə dostları onun yaddaqalan yaradıcılıq yolundan, xeyli sayda oxucu kütləsi qazanmış dəyərli əsərlərindən söz açıblar. "Sarı gəlin" kitabının da digər kitablar kimi oxunaqlı olacağını söyləyən həmkarları Yusif Kərimova bundan sonra da uğurlu fəaliyyət yolu arzulayıblar.

Yusif Kərimov 75 illiyi münasibətilə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.

Tədbir "Sarı gəlin" romanı ətrafında diskussiyalarla davam etdirilib.

Qeyd edək ki, Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Beyləqan rayonunda çıxan "Yüksəliş" qəzeti redaksiyasında məsul katib, "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri, Azərbaycan televiziyasının gənclər üçün proqram redaksiyasında baş redaktor, "Azərbaycan gəncləri" qəzetinin redaktoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə